Medianews.az
Ukraynadan Rusiya açıqlaması:
61 baxış

Ukraynadan Rusiya açıqlaması: “Zelenski hazırdır”

Ukrayna Prezidenti Volodimir Zelenski Moskvadan başqa istənilən yerdə Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazırdır.

Medianews.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatının müşaviri Sergey Leşçenko deyib.

O qeyd edib ki, danışıqlar üçün belə bir format mümkün deyil. Amma Zelenski Moskvadan başqa hər yerdə görüşə hazırdır.

Bildirilib ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov əvvəllər Vladimir Putinin Zelenski ilə Moskvada görüşməyə hazır olduğunu təsdiqləyib.

Zelenski də dəfələrlə Putinlə danışıqlara hazır olduğunu bildirib. Lakin görüşün Moskvada və ya Kiyevdə deyil, neytral ərazidə, xüsusən də ABŞ, Yaxın Şərq və ya Avropada mümkün olacağını vurğulayıb.

Bizə qoşulun