Medianews.az
Yenidən Şükürbəylidə müəllim kimi işləyəcək -
61 baxış

Yenidən Şükürbəylidə müəllim kimi işləyəcək - 36 il sonra

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər.

Medianews.az "Unikal"-a istinadla xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib.

Daha sonra sakinlərə mənzillərinin açarları təqdim olunub. Sakin Fətəliyeva Mina Cəlil qızı Prezidentlə söhbərində ilk dəfə 1990-cı ildə Şükürbəylidə müəllim kimi işləməyə başladığını bildirib:

Mina Fətəliyeva: Çox sağ olun, təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təbrik edirəm, siz burada, bu kənddə müəllim olmusunuz?

Mina Fətəliyeva: Bəli, təyinatımla ilk dəfə buraya müəllim gəlmişəm, 1990-cı ildə.

Prezident İlham Əliyev: Özünüz buralısınız, yoxsa?

Mina Fətəliyeva: Yox, mən rayonun özündənəm. Buraya müəllim gəldim.

Prezident İlham Əliyev: Burada müəllim işləmisiniz?

Mina Fətəliyeva: Bəli, müəllim işləmişəm. İndi də təzədən burada, inşallah, pedaqoji fəaliyyəti davam etdirəcəyik.

Prezident İlham Əliyev: Bəli, məktəbdə yəqin ki?

Mina Fətəliyeva: İnşallah.

Prezident İlham Əliyev: Ya burada, ya da ki, Cəbrayıl şəhərində.

Mina Fətəliyeva: Yox, elə burada, kənddə.

Prezident İlham Əliyev: Burada məktəb də çox gözəldir.

Mina Fətəliyeva: Burada davam edəcəyik, inşallah.

Prezident İlham Əliyev: Bəli, mütləq.

Mina Fətəliyeva: Ailə üzvlərimlə şəkil çəkdirə bilərik?

Prezident İlham Əliyev: Bəli, gəlin çəkdirək. Siz harada yaşamısınız işğal dövründə?

Mina Fətəliyeva: İşğal dövründə buradan çıxdıq, getdik İmişliyə.

Kişi sakin: İmişlidə, bir hissəsi də Bakıda.

Prezident İlham Əliyev: Bakıda harada?

Kişi sakin: Yataqxanada, Sabunçu rayonu ərazisində. Özüm də Mərkəzi Seçki Komissiyasında işləmişəm bu ilə qədər. Bu il yaşa görə çıxmışam.

Prezident İlham Əliyev: Bu günlərə qədər yataqxanada? Çətin bir həyat - yataqxanada 30 il yaşamaq.

Mina Fətəliyeva: Otaq balaca.

Prezident İlham Əliyev: Neçə otağınız var idi?

Mina Fətəliyeva: Bir otaq. Şükür Allaha bu günü bizə yaşatdığınız üçün.

Prezident İlham Əliyev: Siz buna layiqsiniz.

Mina Fətəliyeva: Ürəkdən, səmimi-qəlbdən Sizə təşəkkür edirik. Artıq geniş otaqlarımız, mənzilimiz, həyətimiz, torpağımız, Vətənimiz! Çox sağ olun, Sizin sayənizdə.

Prezident İlham Əliyev: Təmiz hava, gözəl təbiət, əsas da doğma Vətən torpağı.

Mina Fətəliyeva: Çox sağ olun!

Prezident İlham Əliyev: Təbrik edirəm bir daha.

Bizə qoşulun