Medianews.az
Ürək cərrahiyyəsində yeni mərhələ -
108 baxış

Ürək cərrahiyyəsində yeni mərhələ - Əməliyyatların 80–90%-i ....

Ürək əməliyyatlarında açıq cərrahiyyəni getdikcə robotik texnologiya əvəz edir. Minimal kəsiklə icra olunan bu üsul xəstələrin daha tez sağalmasına və gündəlik həyata qısa müddətdə qayıtmasına imkan verir. Son illərdə geniş yayılan robotik ürək cərrahiyyəsi klassik açıq əməliyyatlarla müqayisədə daha az invaziv yanaşma təqdim edir.

 Medianews.az xəbər verir ki, türkiyəli ürək-damar cərrahı prof. dr. Sayğın Türkyılmaz bu texnologiyanın həm xəstə təhlükəsizliyini, həm də müalicə rahatlığını artırdığını bildirib.

Mütəxəssisin sözlərinə görə, robotik üsul xəstəxanada qalma müddətini qısaldır, infeksiya riskini azaldır və sağalma prosesini sürətləndirir. Xəstələr gündəlik həyatlarına daha tez dönür.

Hazırda ürək əməliyyatlarının təxminən 80-90 faizi robotik cərrahiyyə ilə həyata keçirilir. Koronar şuntlama (bypass), ürək qapaq əməliyyatları, ürəkdəki dəliklərin bağlanması və aorta genişlənməsi kimi prosedurlar bu üsulla uğurla icra olunur.

Robotik sistem cərraha 3D görüntü ilə yüksək dəqiqliklə idarə imkanı verir. Bu da çətin anatomik sahələrdə daha aydın görünüş və daha az risk deməkdir.

Mütəxəssis qeyd edib ki, robotik cərrahiyyə hər pasiyent üçün uyğun olmasa da, uyğun hallarda ilk seçim kimi üstün tutulur.

Medianews.az

Bizə qoşulun