Medianews.az
“WhatsApp”a yeni funksiya
85 baxış

“WhatsApp”a yeni funksiya gəlir?

Dünyanın ən populyar mesajlaşma tətbiqlərindən biri olan “WhatsApp”ın yeni ödənişli abunə sistemi üzərində işlədiyi iddia olunur.

Medianews.az-ın məlumatına görə, “WhatsApp Plus” adlı paket aylıq təxminən 2,49 avro qiymətində olacaq və hazırda məhdud sayda istifadəçi ilə test edilir.

 Əsas mesajlaşma və zəng funksiyaları pulsuz qalacaq, ödənişli paket isə əlavə imkanlar təqdim edəcək.

Yeni sistem çərçivəsində çatların sabitlənmə sayının artırılması, tətbiq ikonunun dəyişdirilməsi, fərdi mövzular və əlavə stiker paketlərinə çıxış kimi imkanlar nəzərdə tutulur. Həmçinin hər söhbət üçün fərqli bildiriş səsləri təyin etmək və fərdi siyahılar yaratmaq mümkün olacaq.

Sistemin ilkin mərhələdə test edildiyi, daha sonra isə mərhələli şəkildə bütün dünyada istifadəyə veriləcəyi bildirilir.

Rəsmi açıqlama isə hələ verilməyib.

Medianews.az

Bizə qoşulun