Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Bu barədə Medianews.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Goranboyda 23, Naftalanda 19, Şabranda 16 m/s-yə çatır.
Düşən yağıntının miqdarı Şahbuzda 12, Qrızda 9, Xınalıqda 8, Ordubad, Tərtərdə 3, Göygöl, Şamaxı, Astara, Ağdam, Culfa, Naxçıvanda 2, Şərur, Daşkəsən, Gədəbəy, Naftalan, Goranboy, Quba, Qusar, Xaçmaz, Qəbələ, Oğuz, İsmayıllı, Şəki, Xaltan, Şabran, Bərdə, Yevlax, Göyçay, Mingəçevir, Kürdəmir, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.
Şuşa, Xankəndi, Qrız, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.