Medianews.az
Yüksək vəzifəyə təyin edilən Xalq artistinin oğlu ilə bağlı
112 baxış

Yüksək vəzifəyə təyin edilən Xalq artistinin oğlu ilə bağlı MARAQLI MƏLUMATLAR

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində yeni təyinat olub.

Məlumata görə, müdafiə nazirinin əmri ilə Tural Maniyev idarə rəisinin müavini vəzifəsinə təyin edilib. Təyinatdan sonra ona polkovnik hərbi rütbəsi verilib.

Medianews.az xəbər verir ki, Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Tural Maniyev ali hərbi təhsilini Türkiyənin Ankara şəhərində yerləşən Kara Harp Okulunda tamamlayıb. O, Azərbaycan Ordusunda müxtəlif məsul vəzifələrdə xidmət göstərib.

Tural Maniyev “Qüsursuz xidmətə görə” 3-cü, 2-ci və 1-ci dərəcəli medallarla, Azərbaycan Silahlı Qüvvələrinin 90, 95 və 100 illik yubiley medalları ilə, həmçinin “Vətən müharibəsi iştirakçısı” döş nişanı ilə təltif edilib.

O, 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.

Xatırladaq ki, Tural Maniyev mərhum Xalq artisti Muxtar Maniyevin oğludur.

Bizə qoşulun