Zaqatalada elektrik yarımstansiyası sıradan çıxıb.
Medianews.az APA-ya istinadən xəbər verir ki, gecə saatlarında Tala çayının sağ sahilində yerləşən elektrik yarımstansiyasında qəza baş verib.
Baş vermiş qəza səbəbindən rayonun Yuxarı Tala və Aşağı Tala kəndlərinə elektrik enerjisinin verilməsi dayanıb, 15 mindən çox abonent işıqsız qalıb.
Hazırda Zaqatala Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları kəndlərə alternativ yolla elektrik enerjisinin verilməsi istiqamətində işlər aparırlar.