Medianews.az
13 yaşında yoxa çıxmışdı:
71 baxış

13 yaşında yoxa çıxmışdı: 32 il sonra sağ tapıldı

ABŞ-da 13 yaşında yoxa çıxan və illərdir harada olduğu bilinməyən Kristina Mariya Plante 32 ildən sonra sağ tapılıb. "Şübhəli itkin düşmə" kimi qeydə alınan və uzun müddət həll olunmamış qalan iş yeni texnologiyaların istifadəsi sayəsində həll edilib və səlahiyyətlilər onun şəxsiyyətinin qəti şəkildə təsdiqləndiyini açıqlayıblar. 

Medianews.az bildirir ki, Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 1994-cü ildə ABŞ-da cəmi 13 yaşında ikən evdən çıxıb  tövləyə getdikdən sonra yoxa çıxan Kristina Mariya Plante 32 il sonra sağ-salamat tapılıb. Arizona polisi "şübhəli itkin düşmə" kimi təsnif edilən işin texnoloji vasitələr sayəsində həll edildiyini açıqlayıb. 

Dünyanın diqqətini cəlb edən hadisə 1994-cü il mayın 15-də Arizona ştatının Payson qraflığında başlayıb. O vaxt 13 yaşlı Kristina Mariya Plante atına qulluq etmək üçün evinin yaxınlığındakı tövləyə gedib, lakin bir daha geri qayıtmayıb. O gündən bəri gənc qızdan əsər-əlamət tapılmayıb və onun işi illərdir "həll olunmamış sirr" olaraq qalıb. 

Hadisə baş verən zaman təhlükəsizlik qüvvələri və könüllü qruplar genişmiqyaslı axtarış əməliyyatlarına başlayıblar və yüzlərlə insanla söhbət aparıblar. Lakin heç bir ipucu tapılmadığı üçün hakimiyyət orqanları işi "təhlükəli və şübhəli şəraitdə yoxa çıxma" kimi qeydə alıblar. Kristinanın qeydləri milli itkin düşmüş uşaqların məlumat bazalarına əlavə olunsa da, onilliklər keçib və bütün ümidlər puç olub.

İllərdir rəflərdə toz yığan iş, Qila şəhər serif ofisində yaradılmış "Soyuq işlər bölməsi" tərəfindən yenidən açılıb. Müstəntiqlər faylı hərtərəfli araşdırmaq üçün 1990-cı illərdə mövcud olmayan yeni nəsil texnika və qabaqcıl texnologiyalardan istifadə ediblər. Diqqətli iş nəticəsində nəhayət, hazırda 45 yaşı olan Kristina Mariya Planteni tapıblar. 

Qila şəhər serif ofisinin rəsmi açıqlamasında qadının şəxsiyyəti təsdiqlənib və onun 32 illik "itkin düşmüş şəxs" statusuna rəsmi olaraq son qoyulub. Şerif rəsmiləri vurğulayıblar ki, bu cür uzun müddətdir davam edən işlərin araşdırılması ailələrə və cəmiyyətə uzun müddətdir gözlədikləri cavabları verir. 

Hazırda 44 yaşı olan qadının 32 il ərzində harada olması, niyə geri qayıtmaması və ya qaçırılıb-qaçırılmaması ilə bağlı təfərrüatlar hələlik açıqlanmayıb. Şerif ofisi, faciəli keçmişi nəzərə alaraq Kristinanın şəxsi həyatına və ruhi sağlamlığına diqqət yetirərək, aşağıdakı açıqlamanı verib:

"Kristinanın şəxsi həyatına və sağlamlığına hörmət əlaməti olaraq, hazırda əlavə məlumat verilməyəcək. Qila şəhər şerif ofisi bütün tozlu sənədləri üzə çıxarmağa sadiqdir".

Bizə qoşulun