Medianews.az
DİQQƏT! Pensiyaya çıxmağa hazırlaşanların
70 baxış

DİQQƏT! Pensiyaya çıxmağa hazırlaşanların NƏZƏRİNƏ

Məlum olduğu kimi, Dövlət başçısının 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində pensiya təminatı sisteminin təkmilləşdirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. 2024-cü ildə "Qeyri-dövlət pensiya fondları haqqında” Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim olunub.

Bəs bu cür fondların yaradılmasının hansı çətinlikləri var?

Medianews.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, ötən müddət ərzində bununla bağlı zəruri qanunvericilk bazası yaradılmayıb:

“Digər tərəfdən deyək ki, özəl pensiya fondları yaradıldı. Onlar hara investisyia edəcəklər?! Bunun üçün də ilk öncə ölkədə investisiya fondları yaranmalıdır. Ölkədə qiymətli kağızlar bazarı formalaşmalıdır. Nəzərə alaq ki, özəl pensiya fondları ilkin olaraq əhalidən vəsait toplayır. Daha sonra bu vəsaiti fondlara və yaxud qiymətli kağızlar bazarına investisiya edir. Son nəticədə həm özü qazanır, həm də pensiya fondunun iştiriakçılarına dividend verir.

Lap deyək ki, sabah özəl pensiya fondları yaradıldı. Ən yaxşı halda fonda yığlan pulu xarici ölkələrə investisiya etməklə məşğul olacaqlar.

Bu da o deməkdir ki, özəl pensiya fondları ilə bağlı kifayət qədər problemlər var. Bu problemin həlli yolu fundamental məsələlərin həllindən keçir”.

Bizə qoşulun