Medianews.az
Azərbaycanda siyasi sabitlik təmin edilib -
69 baxış

Azərbaycanda siyasi sabitlik təmin edilib - DTX rəisi

Artıq qlobal miqyasda beynəlxalq hüququn ciddi deformasiyaya uğraması dövlətləri öz təhlükəsizlik sistemlərini daha da gücləndirməyə sövq edib.

Oxu24.com xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 28 Mart – Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü və bu orqanların yaradılmasının 107-ci ildönümü ilə bağlı keçirilən tədbirdə DTX rəisi Əli Nağıyev bildirib.

Onun sözlərinə görə, yeni iqtisadi reallıqlar beynəlxalq təhlükəsizlik və mövcud dünya sisteminə, o cümlədən regionda əməliyyat şəraitinə ciddi təsir göstərib:

Yasda yemək vermək ölən şəxsə görə sevinmək deməkdir" — İlahiyyatçıdan ŞOK AÇIQLAMA  

“Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb, Azərbaycan xalqı təhlükəsiz şəraitdə yaşamışdır. Ölkə Prezidentinin milli maraqların və dövlətçilik mənafelərinin etibarlı qorunmasında qətiyyətli və prinsipial mövqeyi xalqımızın gələcəyə olan inamını daha da artırır”.

Bizə qoşulun