Medianews.az
14 yaşa qədər
82 baxış

14 yaşa qədər “Instagram” və “TikTok”a qadağa

Almaniyada sosial şəbəkələrin uşaqlar üçün məhdudlaşdırılması ilə bağlı müzakirələr yeni mərhələyə keçib.

Medianews.az  xəbər verir ki, ölkənin ictimai yayımçısı ZDF tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 81 faizi 14 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkələrə qadağa tətbiq olunmasını dəstəkləyir.

Sorğuda iştirak edənlərin yalnız 17 faizi bu təşəbbüsə qarşı çıxıb. Maraqlıdır ki, ən yüksək dəstək göstəricisi 18–34 yaş aralığında olan gənclər arasında qeydə alınıb – bu qrupun 84 faizi yaş məhdudiyyətinin tətbiqini müsbət qiymətləndirib.

Bizə qoşulun