Medianews.az
Bakı və Sumqayıtda
97 baxış

Bakı və Sumqayıtda 100-dən çox ağac qanunsuz kəsildi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Qax rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Medianews.az  xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı paytaxtın Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 18 ünvanında bir ağac, Yasamal rayonu, Şərifzadə küçəsi, 134 ünvanında iki ağac, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 10A ünvanında 30 ağac, Biləcəri qəsəbəsi, 53E ünvanında 42 ağac, Qaradağ rayonu, Bakı-Ələt avtomobil yolunun 50-ci kilometrliyində 13 ağac, 12 kol, Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində altı ağac, dörd kol, dənizkənarı bulvar ərazisində 17 ağac, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti ilə 20 Yanvar küçələrinin kəsişməsində 21 ağac, Qax rayonu, Zərnə kəndi ərazisində isə doqquz ağacın qanunsuz kəsildiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Bizə qoşulun