Medianews.az
Qanun bu alətlərin təhlükəsini yox, adını ÜSTÜN tutur –
97 baxış

Qanun bu alətlərin təhlükəsini yox, adını ÜSTÜN tutur – Hansı silahlar reklam oluna bilməz?

Ov və idman məqsədli silahlar dünyanın sivil ölkələrində qanunla tənzimlənir. Bu silahların istehsalı, satışı və istifadəsi kimi, reklamı da hüquqi şəkildə müəyyən olunur. Amma odlu ov silahlarının reklamına qoyulan məhdudiyyətlər fonunda soyuq “ovçu silahı”nın açıq reklam olunması ədalətli görünmür. Nəticədə hər ikisi silahdır.

Bəs niyə idman silahları və bəzi ov silahları rahat şəkildə reklam edilir?

Medianews.az bildirir ki, mövzuyla əlaqədar hüquqşünas Cavid Yolçuyev Bizim.Media-ya açıqladı ki, burada əsas məsələ silahın təyinatı, texniki xüsusiyyətləri və qanunvericilikdə necə adlandırılmasıdır.

“Azərbaycan qanunvericiliyinə görə odlu silahların və soyuq silahların reklamı qadağandır. Ov bıçaqları məsələsi isə təyinatından asılıdır. Ov bıçağı iki kateqoriyaya bölünür: ov etmək üçün, yaxud təsərrüfat təyinatlı kəsici alət… Məsələn, heyvanın dərisinin soyulması, doğranması üçün nəzərdə tutulan ov bıçaqları təsərrüfat üçündür. Yəni quruluş etibarilə silah sayılmayan bıçaqlardır. Bu tip məhsullar adətən idman, təsərrüfat və ov ləvazimatı kimi satılır və reklamına müəyyən hallarda icazə verilir”.

Burada təzad yaranır ki, məişətdə istifadə olunan bıçaqlar da kəsici alətlər qrupuna daxildir, amma istənilən formalı reklam çarxlarında yer alır…

Hüquqşünas diqqətə çatdırdı ki, əsas meyar “kəsici alət olması” yox, hücum silahı kimi hüquqi statusudur. Bu statusu isə müvafiq ekspertiza müəyyən edir.
 

“Məişət bıçağı ilə də insana xəsarət yetirmək mümkündür. Amma hüquq sistemi əşyaları istifadə nəticəsinə görə yox, təyinatına və konstruktiv xüsusiyyətinə görə qiymətləndirir. Mətbəx bıçağı qanunvericilikdə təsərrüfat-məişət aləti sayılır. Onlar silah kateqoriyasına daxil edilmir, çünki əsas təyinatı məişət işləridir.


Soyuq silahları isə ikitərəfli itiləmə, müəyyən uzunluq və möhkəmlik göstəricilərinə görə təsnifatlandırırlar. Ona qalsa, təkcə mətbəx bıçağı deyil, istənilən əşya ilə, məsələn daş, çəkiclə də  hücum etmək olar. Amma bu alətlər silah kimi qadağan edilmir”.

Bizə qoşulun