Türkiyənin Samsun şəhərinin Çarşamba rayonunda məktəbdə baş verən zorakılıq görüntüləri cəmiyyətdə ciddi narazılıq yaradıb.
Medianews.az xəbər verir ki, hadisə Cəmil Meriç Orta Məktəbində qeydə alınıb.
Görüntülərdə 17 yaşlı qızın həmyaşıdları tərəfindən təpik, yumruq və şillələrlə döyüldüyü əks olunub. Hücum edən şəxsin qızın başını dəfələrlə yerə vurduğu, bir müddət sonra isə “Yoruldum” deyərək dayanması diqqət çəkib.
Hadisə zamanı ətrafdakı bəzi şagirdlərin zorakılığın qarşısını almaq əvəzinə hücumu təşviq etdiyi, “Üzünə təpiklə” kimi ifadələr səsləndirdiyi də görüntülərdə yer alıb.
Sosial şəbəkələrdə yayılan video geniş reaksiyaya səbəb olub. Hadisə ilə bağlı 2 nəfər barəsində tədbir görüldüyü və onların prokurorluğa gətirilməsinin tələb olunduğu bildirilib.
Medianews.az