Medianews.az
SON DƏQİQƏ:
75 baxış

SON DƏQİQƏ: ABŞ ordusu İran tankerini vurdu

ABŞ Mərkəzi Komandanlığı Oman körfəzində İran bayrağı altında üzən neft tankerinin zərərsizləşdirildiyini açıqlayıb.

Medianews.az xəbər verir ki, məlumata görə, tanker dəniz blokadasını pozmağa çalışıb və edilən xəbərdarlıqlara məhəl qoymayıb.

Bundan sonra ABŞ ordusu gəmiyə atəş açaraq onu dayandırıb.

Hadisə bölgədə gərginliyi daha da artırıb. Donald Trump açıqlamasında İranın razılaşmalara əməl etməyəcəyi təqdirdə bombardmanların daha sərt şəkildə davam edəcəyini bildirib.

Digər tərəfdən, İran mediası Hörmüz boğazında ABŞ hərbi gəmisinin İran ordusu tərəfindən raketlərlə hədəf alındığını iddia edib. Lakin ABŞ Mərkəzi Komandanlığı bu məlumatları təkzib edərək iddiaların əsassız olduğunu açıqlayıb.

Medianews.az

Bizə qoşulun