Medianews.az
İnternetdə tapdığı gözəllik mərkəzi başına bəla oldu -
58 baxış

İnternetdə tapdığı gözəllik mərkəzi başına bəla oldu - VİDEO

Ankarada estetik prosedur etdirmək istəyən qadının yaşadığı hadisə qalmaqala səbəb olub.

Medianews.az xəbər verir ki, 57 yaşlı Serap Kopar internetdə tapdığı gözəllik mərkəzində prosedur keçirdikdən sonra üz iflici keçirdiyini iddia edib.

Koparın sözlərinə görə, prosedur üçün ondan 50 min türk lirəsi alınıb və ödəniş fərqli şirkətlərə məxsus POS cihazları vasitəsilə həyata keçirilib. O bildirib ki, prosedurdan bir neçə gün sonra vəziyyəti pisləşib, xəstəxanaya yerləşdirilib və ona üz iflici diaqnozu qoyulub.

Zərərçəkən qadın gözəllik mərkəzi ilə bağlı hüquqi addımlar atdıqlarını və yüzlərlə insanın eyni üsulla aldadıldığını iddia edib. Hadisə ilə bağlı araşdırma aparılır.

Medianews.az

Bizə qoşulun