Medianews.az
İstirahətə gələn İsrail əsgərlərini ölkədən qovdular -
71 baxış

İstirahətə gələn İsrail əsgərlərini ölkədən qovdular - VİDEO

Sosial şəbəkələrdə yayılan görüntülərdə Yunanıstanda yerli sakinlərin istirahətə gələn İsrail əsgərlərinə qarşı şüarlar səsləndirdiyi və sərt reaksiya verdiyi əks olunub.

Medianews.az xəbər verir ki, videoda izdihamın “Sən burada istənilmirsən, çıx buradan, sionist!” deyə qışqırdığı eşidilir.

Mübahisənin qısa müddətdə gərginləşdiyi bildirilsə də, hadisənin dəqiq hansı bölgədə baş verdiyi açıqlanmayıb.

Görüntülər qısa zamanda sosial mediada geniş yayılıb və müzakirələrə səbəb olub. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Medianews.az

Bizə qoşulun