Medianews.az
Məşhur aparıcının canlı yayımda geyimi və hərəkətləri gündəm oldu -
74 baxış

Məşhur aparıcının canlı yayımda geyimi və hərəkətləri gündəm oldu - VİDEO

Məşhur aparıcı Eva Murati UEFA Çempionlar Liqası yayımlarındakı geyim seçimi ilə yenidən gündəmə gəlib.

Medianews.az xəbər verir ki, alban aparıcı son proqramlarda seçdiyi geyimlər səbəbindən bəzi izləyicilər tərəfindən tənqid olunub.

Sosial mediada bir qrup istifadəçi Muratinin “yayım prinsiplərinə uyğun olmayan” geyimlər seçdiyini iddia edib.

Müzakirələrin davam etdiyi vaxtda Eva Murati efir zamanı ayaqqabılarını çıxardığı anların videosunu sosial media hesabında paylaşıb. Qısa zamanda yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bəzi istifadəçilər paylaşımı dəstəkləsə də, bir çoxları aparıcını idman proqramlarının ciddiliyinə uyğun davranmamaqda ittiham edib.

Medianews.az

Bizə qoşulun