Medianews.az
Polad Ələmdar “Təşkilat”a gəlir
124 baxış

Polad Ələmdar “Təşkilat”a gəlir

Məşhur aktyor, “Qurdlar Vadisi” serialının əsas siması olan Polad Ələmdar obrazının ifaçısı Necati Şaşmaz yaxın vaxtlarda yenidən ekranlara qayıtmağa hazırlaşır. Türkiyə mənbələrinin və sosial medianın yaydığı məlumata görə, Şaşmaz TRT 1-də yayımlanan populyar “Təşkilat” serialında çəkiləcək.

Musavat.com sosial medianın Türkiyə seqmentini izləyib və bildirir ki, bu gözlənilməz dönüş izləyicilər arasında böyük coşqu yaradıb.

Əgər bu xəbər rəsmiləşərsə, bu, “Qurtlar Vadisi” fanatları üçün əsl sürpriz olacaq. Çünki illərdir Polad Ələmdar obrazı ilə yadda qalan və tamaşaçılar arasında fenomenə çevrilmiş Necati Şaşmaz uzun fasilədən sonra bu rolun ruhunu başqa bir serialda yenidən canlandırmış olacaq.

Qeyd edək ki, “Təşkilat” serialı Milli İstihbarat Təşkilatının fəaliyyətinə əsaslanan, gerçək hadisələrdən ilham alaraq hazırlanmış bir aksiyon-dram janrlı layihədir. Necati Şaşmazın bu seriala qatılması onun mövzusuna və istiqamətinə uyğun güclü əlavə kimi qiymətləndirilir.

Bizə qoşulun