Medianews.az
60 min litr şərabı yerə axıtdı –
94 baxış

60 min litr şərabı yerə axıtdı – VİDEO

İspaniyanın şərab sənayesi ilə məşhur olan bölgələrinin birində işdən çıxarılan qadının etdikləri gündəm olub.

Medianews.az xəbər verir ki, qadın gecə yarısı gizlicə müəssisəyə girərək şərab çənlərinin kranlarını açıb. Nəticədə 60 min litr əla keyfiyyətli şərab yerə axıb.

Qadının zay etdiyi məhsulun ümumi dəyəri 2,7 milyon dollar həcmində qiymətləndirilir. 

İllərlə yetişdirilən məhsulun bir neçə dəqiqədə məhv olmasının şirkəti iflas həddinə gətirdiyi də vurğulanır.

Video sosial şəbəkələrdə milyonlarla baxış toplayaraq müzakirələrə səbəb olub.

Medianews.az

Bizə qoşulun