2026-cı ilin dünya futbol çempionatında 104 matçın 82-si oynanıb, vurulan 241 qolun 12-si avtoqol kimi rəsmiləşib.
Medianews.az bildirir ki, Lionel Messi (Argentina) və Kilian Mbappe (Fransa) 6, Erlinq Holann (Norveç) və Harri Keyn (İngiltərə) 5, Usman Dembele (Fransa), Vinisius Junior (Braziliya) və İsmaila Sarr (Seneqal) 4 qola imza atıb.
12 oyunçu 3 qolun, 25 oyunçu 2 qolun, 109 oyunçu 1 qolun müəllifidir.
İyunun 11-dən ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 48 komandalıq çempionat 1/16 final mərhələsindədir. Bu raund iyulun 4-də bitir. 1/8 final 4-7 iyula, 1/4 final 9-12 iyula, yarımfinallar 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin olunub.
Qrup mərhələsində Cənubi Koreya, Çexiya, Qətər, Haiti, Şotlandiya, Türkiyə, Kürasao, Tunis, İran, Yeni Zelandiya, Səudiyyə Ərəbistanı, Uruqvay, İraq, İordaniya, Özbəkistan, Panama, 1/16 finalda CAR, Yaponiya, Almaniya, Niderland, Fil Dişi Sahili, İsveç, Ekvador, Konqo DR, Seneqal, Bosniya ələnib.
İspaniya, Avstriya, Portuqaliya, Xorvatiya, İsveçrə, Əlcəzair, Avstraliya, Misir, Argentina, Kabo Verde, Kolumbiya, Qana 1/16 finalda, Kanada, Mərakeş, Paraqvay, Fransa, Braziliya, Norveç, Meksika, İngiltərə, ABŞ, Belçika 1/8 finaldadır.
1930-2022-ci illərdə Braziliya 5, İtaliya və Almaniya 4, Argentina 3, Uruqvay və Fransa 2, İngiltərə və İspaniya 1 dəfə dünya çempionu olub.
Toğrul Əli,
Medianews.az