Medianews.az
ABŞ-də dəhşətli partlayış:
165 baxış

ABŞ-də dəhşətli partlayış: Çox sayda ölən var

ABŞ-nin Lonqvyu şəhərində (Vaşinqton ştatı) yerləşən "Nippon Dynawave Packaging" sellüloz-kağız müəssisəsində kimyəvi maddələrlə dolu çənin partlaması nəticəsində 11 işçinin öldüyü təsdiqlənib.

Medianews.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "NBC News" telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, ilkin olaraq iki işçinin meyiti tapılıb. Sonradan itkin düşən doqquz əməkdaşın da axtarışları dayandırılıb və onlar rəsmən həlak olmuş elan ediliblər. Yaralananların sayına gəldikdə isə hadisə nəticəsində biri yanğınsöndürən olmaqla ümumilikdə 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd olunub ki, çəndə təxminən 900 min qallon (təqribən 3.4 milyon litr) ağ qələvi kimyəvi məhlulu saxlanılıb. Bu maddə sellüloz istehsalında bişirmə prosesində istifadə olunur. Mütəxəssislərin təxmininə görə, çəndə hələ də 340 min litrdən çox kimyəvi maddə qalır. Ərazidə qeyri-stabil və sağlamlıq üçün təhlükəli şərait davam edir.

Bizə qoşulun