Medianews.az
Cəlilabadda 18 yaşlı gənc suda boğulub
58 baxış

Cəlilabadda 18 yaşlı gənc suda boğulub

Cəlilabad rayonunda 18 yaşlı gənc suda boğulub.

Hadisə rayonun Privolnye kəndində baş verib. Kənd sakini, 2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlal oğlu qardaşları ilə birlikdə kənd ərazisindəki kiçik su hövzəsində çimərkən ehtiyatsızlıq nəticəsində suda boğulub.

Mərhumun meyiti sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./AZƏRTAC

Bizə qoşulun