Medianews.az
ABŞ və İran razılığa gəldi -
105 baxış

ABŞ və İran razılığa gəldi - “Axios”

ABŞ və İran nümayəndələri atəşkəsin uzadılması və İranın nüvə proqramı ilə bağlı danışıqlara başlanması məqsədilə 60 günlük Anlaşma Memorandumu üzrə razılığa gəliblər.

Bu barədə “Axios” iki ABŞ rəsmisinə istinadən yazıb.

Məlumata görə, Donald Trump hələ yekun qərar verməyib. ABŞ rəsmiləri bildiriblər ki, Prezident vasitəçilərə qərar vermək üçün bir neçə günə ehtiyacı olduğunu çatdırıb.

Anlaşma Memorandumuna əsasən Hörmüz boğazından keçid məhdudiyyətsiz olacaq və bunun heç bir rüsum və təqib olmayacaq. Həmçinin İranın 30 gün ərzində boğazdan bütün minaları çıxarmalı olduğunu deyilir.

Qeyd olunub ki, ABŞ-ın dəniz blokadası da qaldırılacaq, lakin bu, kommersiya gəmiçiliyinin bərpası ilə mütənasib şəkildə baş verəcək.

Rəsmilər bildiriblər ki, Anlaşma Memorandumuna İranın nüvə silahı əldə etməmək öhdəliyi də daxil ediləcək. 60 günlük müddət ərzində aparılacaq danışıqlarda ilk müzakirə olunacaq məsələlər İranın zənginləşdirilmiş uran ehtiyatlarının utilizasiyası və ölkənin iqtisadi rifahı olacaq.

ABŞ isə danışıqlar çərçivəsində sanksiyaların yumşaldılması və dondurulmuş İran aktivlərinin sərbəst buraxılması məsələsini nəzərdən keçirəcək.

Memoranduma həmçinin İranın mal və humanitar yardım əldə etməsini asanlaşdıracaq mexanizmin hazırlanması və müzakirəsi də daxil ediləcək./AZƏRTAC

Bizə qoşulun