Medianews.az
ABŞ-də qalmaqal - Təyyarəyə minmək üçün itini tərk etdi
62 baxış

ABŞ-də qalmaqal - Təyyarəyə minmək üçün itini tərk etdi (VİDEO)

ABŞ-da heyvansevərləri qəzəbləndirən hadisə "Harry Reid International Airport"da baş verib.

Medianews.az xəbər verir ki, bir qadın 2 yaşlı “Jet Blue” adlı Goldendoodle cinsli itini bilet kassasında bağlayaraq hava limanını tərk edib.

Məlumata görə, qadın itin səyahət etməsi üçün tələb olunan sənədləri təqdim edə bilmədiyi üçün təyyarəyə minmə bileti ala bilməyib. Təhlükəsizlik kameralarına düşən görüntülərdə onun iti ilə kassaya yaxınlaşdığı, lakin sənədlər uyğun olmadığı üçün problem yaşadığı əks olunub.

Bileti ala bilməyən qadın daha sonra itin qayışını kassaya bağlayaraq ərazini tərk edib.

Polis əməkdaşları çağırış əsasında qadını minmə qapısında saxlayıblar. O, itin üzərində izləmə cihazı olduğunu, buna görə də geri qayıdacağını iddia edib.

Hadisədən sonra it heyvanların qorunması xidmətlərinə təhvil verilib. Qanunla müəyyən edilmiş 10 günlük müddət ərzində sahibi tərəfindən geri götürülmədiyi üçün “Jet Blue” qeyri-kommersiya təşkilatı olan Retriever Rescue of Las Vegas-ın himayəsinə verilib.

Təşkilat itin hazırda təhlükəsiz mühitdə, himayədar ailə yanında olduğunu açıqlayıb. Bildirilib ki, yaşadığı travmadan sonra ona ömürlük sevgi və təhlükəsizlik təmin edəcək ailənin seçilməsində çox diqqətli davranılacaq.

Medianews.az

Bizə qoşulun