Medianews.az
Trampın BU GÖRÜNTÜLƏRİ gündəm oldu -
57 baxış

Trampın BU GÖRÜNTÜLƏRİ gündəm oldu - VİDEO

ABŞ Prezidenti Donald Trampın Corciya ştatında fast food restoranından hamburger sifariş etməsi yenidən müzakirələrə səbəb olub.

Medianews.az xəbər verir ki, məlumata görə, Tramp rəsmi proqramını başa vurduqdan sonra hamburgerlər sifariş edib və onların prezident təyyarəsi olan "Air Force One"a çatdırılmasını istəyib.

Bu detal qısa zamanda ictimaiyyətə yayılıb və sosial mediada geniş müzakirə olunub.

Hadisə fonunda ABŞ Səhiyyə Naziri Robert F. Kennedy Jr.-ın daha əvvəl səsləndirdiyi fikirlər yenidən gündəmə gəlib. O, əvvəlki açıqlamalarından birində “Tramp daim hamburger yeyir və pəhriz kola içir. O, sağlamlığını təhlükəyə atır” ifadələrini işlətmişdi. Həmin sözlər o dövrdə geniş ictimai rezonans doğurmuşdu.

Trampın son hamburger sifarişi isə onun qidalanma vərdişləri ilə bağlı tənqidlərin yenidən alovlanmasına səbəb olub. Ağ Ev məsələ ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.

Qeyd edək ki, Trampın fast fooda xüsusi simpatiyası uzun illərdir ABŞ mediasında tez-tez müzakirə mövzusu olur.

Medianews.az

Bizə qoşulun