ABŞ dövlət katibi Marko Rubio Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Medianews.az xəbər verir ki, bu barədə dövlət katibinin ABŞ Dövlət departamentinin saytında yerləşdirilən bəyanatında deyilir.
“ABŞ adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.
“Ötən il ərzində münasibətlərimizi Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu, vitse-prezident Ceyms Devid Vens və Prezident İlham Əliyevin Bakıda Strateji Tərəfdaşlıq Xartiyasını imzalaması ilə başa çatıb. Regional əlaqələrin, iqtisadi münasibətlərin və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi yolu ilə tərəfdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirik.
ABŞ Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün əldə olunmasına sadiqliyini alqışlayır və bu istiqamətdə əməkdaşlığımızı davam etdirməyə ümid edir. Qarşıdakı ildə və gələcəkdə tərəfdaşlığımızı daha da dərinləşdirmək niyyətindəyik”.//Qafqazinfo