Medianews.az
Acun Ilıcalı sahibi olduğu klubu satır -
60 baxış

Acun Ilıcalı sahibi olduğu klubu satır - ŞOK MƏBLƏĞ

Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu Sloveniya klubu NK Maribor ilə bağlı diqqətçəkən iddia gündəmə gəlib.

Medianews.az xəbər verir ki, məlumata görə, Ilıcalı klubu təxminən 9 milyon avroya satmağa hazırlaşır.

Sloveniya mediasında yer alan xəbərlərə əsasən, klub hələ rəsmi şəkildə satışa çıxarılmasa da, uyğun təkliflərə açıqdır. Bu qərarın əsas səbəbi isə son illərdə gözlənilən uğurun əldə olunmaması göstərilir.

Qeyd olunur ki, iki il əvvəl böyük ümidlərlə alınan Mariborda ciddi investisiyalar edilsə də, komanda nə kubok qazana bilib, nə də çempionluq hədəfinə çata bilib. Bu amillər klub rəhbərliyini strateji qərar verməyə vadar edib.

Eyni zamanda, kluba maraq göstərən potensial investorların olduğu da bildirilir. Xüsusilə yunan iş adamı Evangelos Marinakis kimi tanınmış fiqurların Mariboru yaxından izlədiyi qeyd olunur.

Buna baxmayaraq, klubun zəngin tarixi, geniş azarkeş bazası və infrastrukturu onun hələ də cəlbedici investisiya olaraq qaldığını göstərir. Məlumata görə, satış prosesi yaxın vaxtlarda daha da sürətlənə bilər.

Medianews.az

Bizə qoşulun