İsveç parlamenti yaxın qohumlar arasında nikahı qadağan edən yeni qanunu yekdilliklə qəbul edib.
Medianews.az bildirir ki, qanuna əsasən, 1 iyul 2026-cı ildən etibarən əmioğlu-bibiqızı və digər yaxın qohumlar arasında nikahlar qadağan ediləcək.
Qanuna əsasən, qadağa doğma və ögey qardaş-bacılara, eləcə də övladlığa götürmə nəticəsində yaranan qohumluq münasibətlərinə də şamil olunur.
Yeni qaydalara görə, İsveç xaricdə bağlanmış belə nikahları da tanımayacaq.
Qeyd olunur ki, əmioğlu-bibiqızı nikahları İsveçdə XVII əsrdən bəri icazəli idi, lakin nadir hallarda baş verirdi.
Rəqəmlərə görə, ölkədə bu cür nikahlardan yaranmış təxminən 140-150 ailə var.
Hakimiyyət bu addımı əsasən bəzi regionlardan gələn miqrasiya fonunda mümkün artımla izah edir və məcburi nikahların qarşısının alınacağını bildirir.