Medianews.az
 “Adını mən qoyacağam” –
73 baxış

 “Adını mən qoyacağam” – Ailə mübahisəsinin acı sonu

Rusiyada kişi ada görə 4 yaşlı qızının doğum günü hədiyyəsi olan tutuquşunu öldürüb.

Medianews.az hadisə Sankt-Peterburqda baş verib.

Uşağın quşa seçdiyi ad kişiyə xoş gəlməyib və heyvanı onun verdiyi adla çağırılmasını tələb edib. Bir gün o, aravadı və uşaqlarının yanında quşu öldürüb.

Kişi saxlanılıb və barəsində “heyvanlara qarşı qəddarlıq” maddəsi ilə cinayət işi açılıb. Ona 3 il islah işləri cəzası verilib və hər bir uşağa 300 min rubl məbləğində mənəvi təzminat ödəməsi qərara alınıb. Uşaqların psixoloji travma yaşadığı, atalarından qorxmağa başladıqları qeyd olunub.

Məlumata görə, kişi sonradan hökmə etiraz edib və cəzanın müddətini bir il azaltmağa nail olub.

Medianews.az

Bizə qoşulun