Medianews.az
Ağalı kəndində növbəti əmək yarmarkası keçirildi -
102 baxış

Ağalı kəndində növbəti əmək yarmarkası keçirildi - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Zəngilan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin birgə təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib.

Medianews.az xəbər verir ki, aktiv məşğulluq tədbiri Agentliyin Şərqi Zəngəzur Regional Məşğulluq filialının Zəngilan rayonu xidmət şöbəsinin inzibati binasında baş tutub.

Yarmarkada mühəndis, təmirçi-çilingər, elektrik qaynaqçısı və digər peşə istiqamətləri üzrə vakansiyalar təqdim edilib. Yarmarka iştirakçılarına iş yerləri üzrə tələblər barədə məlumat verilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb. Vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə də məlumatlandırılıblar./qafqazinfo

Bizə qoşulun