Nazirlər Kabineti Şuşa şəhərindəki üç qeyri-yaşayış binası ilə bağlı qərar verib.
Medianews.az bakupost.az-a istinadla xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, "Sökülməsi mümkün olan obyektlərin Siyahısı"na Şuşa şəhəri, Aslan Qaraşarov küçəsində yerləşən üç qeyri-yaşayış binası əlavə edilib.