Səhiyyə Nazirliyi “Araz 2012” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) məxsus aptekdə yoxlama aparıb.
Medianews.az-nın əldə etdiyi məlumata görə, yoxlama zamanı Hacıqabul rayonu Abdulabad kəndində yerləşən “Araz 2012”-yə məxsus aptekdə aptek təşkilatlarına dair tələblərə və təşkilatlarda dərman vasitələrinin buraxılması qaydalarının pozulması, eyni zamanda əczaçılıq fəaliyyəti ilə bağlı sertifkasiyaya dair tələblərin pozulması halları müəyyən edilib.
Yoxlama zamanı aptek təşkilatlarının inzibati binasının şəraiti, yəni dərman vasitələrinin saxlanılması şəraiti ilə bağlı tələblər, həmçinin əczaçılıq fəaliyyəti ilə bağlı sertifkasiyaya dair tələblərin pozulması halları müəyyən olunub.
Belə ki, “Araz 2012” MMC-də fəaliyyət göstərən əczaçı müddəti 3 ildən artıqdır ki, bitməsinə baxmayaraq, o, təkrarən sertifikasiyadan keçməyib.
Sözügedən aptekdə baxış zamanı dərman vasitələrinin saxlanma şəraitinin, onların buraxılması qaydalarının pozulması, yəni bu barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada divarların hamar olmaması, nəm və rütubətliyin olması müəyyən edilib.
Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4 və 452.3-cü maddələri ilə protokol tərtib edilib və iş baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə “Araz 2012” 6 min manat cərimə edilib.