Mütəxəssislərin sözlərinə görə, faizlə verilən borcla bağlı məsələlər adətən mülki hüquq münasibətləri sayılır və əsasən məhkəmə qaydasında həll olunur. Lakin bu, polis orqanlarının belə müraciətlərə baxa bilməyəcəyi anlamına gəlmir.
Medianews.az xəbər verir ki, ekspertlər bildirirlər ki, hər hansı vətəndaş polisə şikayət və ya ərizə ilə müraciət edərsə, polis həmin müraciəti araşdırmağa borcludur.
Bu zaman ərizə yazan şəxsdən və şikayət olunan tərəfdən izahat alınır və hadisənin mahiyyəti araşdırılır.
Araşdırma zamanı müəyyən edilərsə ki, məsələ sadəcə borc münasibətləri ilə bağlıdır və burada cinayət tərkibi yoxdur, o halda cinayət işi başlanması rədd edilir. Belə hallarda tərəflərə məsələnin mülki qaydada, yəni məhkəmə vasitəsilə həll olunması tövsiyə olunur.