“Athletik Bilbao” rəsmi olaraq Edin Terziçi baş məşqçi təyin etdiyini açıqlayıb.
Klubun mətbuat xidmətinin məlumatına görə, tərəflər 2028-ci ilin yayına qədər iki illik müqavilə imzalayıblar.
Terziçin son iş yeri 2018-ci ildən 2024-cü ilə qədər köməkçi məşqçi, baş məşqçi və texniki direktor vəzifələrində çalışdığı “Borussiya Dortmund” olub. O, əvvəllər həmçinin “Vest Hem” və “Beşiktaş”da da çalışıb.
“Athletik”ə 2022-ci ildən bəri Ernesto Valverde rəhbərlik edirdi. O, cari mövsümün sonunda komandadan ayrılacaq. Onun rəhbərliyi altında komanda 192 oyun keçirib – 91 qələbə, 43 heç-heçə və 58 məğlubiyyət./publik.az