Medianews.az
Aysel bu məhsuldan zəhərləndi
91 baxış

Aysel bu məhsuldan zəhərləndi

Bloger Aysel Şükürova səhhətində yaranan problemlə bağlı paylaşım edib.

Bloger qida zəhərlənməsi səbəbindən gecəni xəstəxanada keçirdiyini bildirib. O, mağazadan aldığı küncütlü xəmir çubuğun dadının fərqli olduğunu hiss etsə də, məhsulu yediyini deyib.

“Yazıb maraqlanan hər kəsə təşəkkür edirəm. Hələ tam özümə gəlməmişəm. Gecəni xəstəxanada keçirmişəm. Çox pis zəhərlənmişəm. Mağazadan küncütlü çubuq almışdım. Yeyəndə hiss etdim ki, nəsə dadı fərqlidir. Hətta soruşdum ki, bunun vaxtı keçib? Elə bil hava keçmişdi, nəm idi dadı. Dedilər ki, yoxdu, mən də yedim. Səhərə yaxın yerimdən durub qaytarmağa başladım. Ondan sonra olanlar oldu. Qızdırmam 39 idi. Yenə o biri dünyanı gördüm, qayıtdım. Tam özümə gəlməmişəm, amma indi bir az yaxşıyam” deyə, Aysel bildirib.

Bizə qoşulun