Medianews.az
DÇ-2026 matçında şərhçinin
98 baxış

DÇ-2026 matçında şərhçinin başı butulka ilə yarıldı

DÇ-2026-nın qrup mərhələsində keçirilən Özbəkistan – Kolumbiya oyununda xoşagəlməz hadisə yaşanıb.

Medianews.az xəbər verir ki, Meksikadakı “Asteka” stadionunda baş tutan qarşılaşma zamanı keçmiş İngiltərə millisinin futbolçusu və hazırda Fox Sports-un şərhçisi olan Uorren Barton baş nahiyəsindən xəsarət alıb.

Hadisə zamanı tribunadan atılan butulka Bartona dəyib və onun alnında kəsik əmələ gəlib. Bu barədə onunla birlikdə oyunu şərh edən Dceki Outli sosial şəbəkədə məlumat verib.

O bildirib ki, hadisədən sonra Bartona tibbi yardım göstərilib və vəziyyəti yaxşı olub. Keçmiş futbolçu yardım aldıqdan sonra yayımı davam etdirib.

Qeyd edək ki, qarşılaşma Kolumbiya millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu oyun Özbəkistan yığmasının dünya çempionatlarının final mərhələsində ilk matçı olub.

Medianews.az

Bizə qoşulun