İranın dövlət xəbər agentliyi IRNA, İran prezidenti Məsud Pezeşkianın əlində ABŞ ilə imzalanmış memorandum tutduğu fotoşəkillərini yayımlayıb.F
Fotoşəkillərin birində Pezeşkian ingilis dilində, digərində isə fars dilində iki ölkənin prezidentlərinin - özünün və ABŞ prezidenti Donald Trampın imzaları olan sənəd tutub.
18 iyun gecəsi İran və ABŞ 28 fevralda başlayan hərbi münaqişəyə son qoymağı hədəfləyən bir memorandum imzalayıblar.
Memorandum həmçinin ABŞ-ın dəniz blokadasını nə vaxt ləğv edəcəyi və İranın Hörmüz boğazında gəmiçiliyi bərpa edəcəyi vaxt cədvəlini də müəyyən edir./publika.az
