Medianews.az
Azərbaycanda dəhşətli qətl -
82 baxış

Azərbaycanda dəhşətli qətl - TƏFƏRRÜATLAR BİLİNDİ

Goranboyda dəhşətli qətl hadisəsi baş verib.

Medianews.az xəbər verir ki, hadisə rayonun Veyisli kəndində qeydə alınıb. İki qadını öldürən şəxs sonra ərazidən uzaqlaşaraq sahədə özünə xəsarət yetirib və aldığı xəsarətlərdən ölüb.

Baş verən qətlin bəzi təfərrüatı məlum olub. pizza sifarişi

Hadisə zamanı 1992-ci il təvəllüdlü Rövşən Məmmədovun qaynanası və həyat yoldaşının öldürüldüyü ehtimal olunur.

Belə ki, tərəflər məhkəmədən - boşanma prosesindən qayıdırlarmış. Hadisənin baş verdiyi ərazidə (Veyisli kəndi) R. Məmmədov öncə avtomobillə qaynanası Natella Duyenka (1972) və həyat yoldaşı Sevinc Məmmədovanın (2003) olduğu avtomobili vurub.

Sonra maşınla N. Dudyenkanın üzərindən keçib, ardınca S. Məmmədovanı qətlə yetirib.

Daha sonra isə boş sahəyə gedərək özünü öldürüb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma başlanılıb.//yeni sabah

Bizə qoşulun