Rəsmi hesabata görə, 2026-cı ilin ilk rübündə Azərbaycan mehmanxanalarında 838,2 min gecələmə qeydə alınıb.
Medianews.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, gecələmələrin 57,8 faizi Bakının, 9,6 faizi Qusarın, 5,6 faizi Naftalanın, 3,5 faizi Qubanın, 3,5 faizi Qəbələnin, 2,8 faizi Lənkəranın, 1,8 faizi Gəncənin, 1,5 faizi Şamaxının, qalanı başqa bölgələrin payına düşüb.
Mehmanxana biznesinin yanvar-mart ayları üzrə gəlirləri 128,7 milyon manat göstərilir.