Medianews.az
Azərbaycanli bloger ərindən boşanır: "Bunu yazmaq..." -
110 baxış

Azərbaycanli bloger ərindən boşanır: "Bunu yazmaq..." - FOTO

Azərbaycanlı bloqer Leyla Nəsirli həyat yoldaşından ayrılmaq qərarı verib.

Sosial şəbəkə fenomeni bu barədə şəxsi hesabında paylaşım edərək izləyicilərinə müraciət edib. Ailəsinin dağıldığını açıqlayan Leyla bildirib ki, bu sözləri yazmaq onun üçün asan olmayıb.

Bloqer qeyd edib ki, uzun müddətli düşüncələr və qarşılıqlı müzakirələrdən sonra həyat yoldaşı ilə yollarını ayırmaq qərarına gəlib. Onun sözlərinə görə, qərar hörmət və anlayış çərçivəsində qəbul olunub.

"Bu mövzuda anlayış və hörmət göstərməyinizi xahiş edirəm", - deyə o, paylaşımında vurğulayıb.

Məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bizə qoşulun