Medianews.az
Bakıda yanan şəxs
98 baxış

Bakıda yanan şəxs xəstəxanada öldü

Bakıda yanıq xəsarətləri alan şəxs xəstəxanada ölüb.

Medianews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, iyunun 15-i saat 12 radələrində ruhi xəstə olan 1985-ci il təvəllüdlü Sabunçu qəsəbə sakini F. Mustafayev yaşadığı evin həyətində yanıq xəsarətləri alıb.

Üzərinə kerosin tökülməsi nəticəsində ağır dərəcəli xəsarətlər alan şəxs iyunun 16-sı saat 14 radələrində yerləşdirildiyi xəstəxanada vəfat edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizə qoşulun