Medianews.az
Bakının bu rayonunda 6 saat
55 baxış

Bakının bu rayonunda 6 saat işıq olmayacaq

Fevral ayının 13-də Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində planlı təmir və yenidənqurma tədbirlərinin icrası nəzərdə tutulub.

Axar.az xəbər verir ki, bu barədə "Azərişıq" məlumat yayıb.

Bildirilib ki, aparılacaq texniki işlərlə bağlı saat 10:30-dan 16:30-a qədər Buzovna qəsəbəsinin Abşeron küçəsində enerji təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Təmir-bərpa prosesi başa çatdıqdan sonra həmin ərazinin elektrik enerjisi ilə təchizatı daha keyfiyyətli və dayanıqlı səviyyədə təmin ediləcək.

Bizə qoşulun