İtalyda baş verən və “Napoli üsulu” adlandırılan bank soyğunu ölkədə böyük rezonans doğurub.
Medianews.az xəbər verir ki, bir qrup şəxs bankın seyf bölmələrini tamamilə boşaldaraq hadisə yerindən kanalizasiya xətti ilə qaçıb.
Təhlükəsizlik sistemlərini aşan şübhəlilərin bütün kirayə seyfləri hədəf aldığı bildirilir.
Hadisə zamanı bankda olan girovlar ifadələrində soyğunçuların onlara qarşı kobud davranmadığını, hətta “nəzakətli” olduqlarını deyiblər. Onların danışığında Napoli aksentinin hiss olunduğu qeyd olunur.
Hüquq mühafizə orqanları faktla bağlı genişmiqyaslı araşdırmaya başlayıb.
Şübhəlilərin kimliyi hələ müəyyən edilməyib. Kanalizasiya vasitəsilə qaçış və seyflərin tam boşaldılması hadisənin əvvəlcədən peşəkar şəkildə planlaşdırıldığını göstərir.
Soyğunçuların hələ də saxlanılmaması ölkədə narahatlığı artırır.
Medianews.az