Medianews.az
Baş nazir Avropa İttifaqını İsraillə əlaqələri kəsməyə çağırır
193 baxış

Baş nazir Avropa İttifaqını İsraillə əlaqələri kəsməyə çağırır

İspaniyanın baş naziri Pedro Sançes Avropa İttifaqını İsraillə əlaqələri kəsməyə çağırıb.

Medianews.az-ın məlumatına görə, Pedro Sançes İsrailin baş naziri Benyamin Netanyahunu kəskin tənqid edərək, Avropa İttifaqını İsraillə tərəfdaşlıq sazişini dayandırmağa səsləyib.

Sançes vurğulayıb ki, Netanyahunun yaşamaq hüququna və beynəlxalq hüquqa hörmətsizliyi qəbuledilməzdir: “Avropa İttifaqı İsraillə əməkdaşlıq müqaviləsini dayandırmalıdır və bu qanunsuz əməllər cəzasızlıq qalmamalıdır”.

Medianews.az

Bizə qoşulun