Medianews.az
​Baş nazir qohumuna vəzifə
84 baxış

​Baş nazir qohumuna vəzifə verə bilmədi

Peter Magyarın rəhbərlik etdiyi Tisza Partiyasının seçkilərdə qələbə qazanaraq 16 illik Orban hakimiyyətinə son qoymasından sonra Macarıstanda ilk qalmaqal yaşanıb. Yeni baş nazirin öz qaynını ədliyyə naziri vəzifəsinə təyin etmək istəyi ciddi etirazlarla qarşılanıb.

Medianews.az xarici mediaya istinadla xəbər verir ki, Magyarın qayını Marton Mellethei-Barna ədliyyə naziri postuna ən şanslı namizəd sayılırdı. Lakin ictimai təzyiqlərdən sonra o, namizədliyini geri götürdüyünü açıqlayıb. Sosial şəbəkə hesabında paylaşım edən Mellethei-Barna bildirib ki, mövcud siyasi şəraitdə geri çəkilməsi ölkənin və partiyanın maraqları baxımından daha doğru addımdır.

O qeyd edib ki, baş nazirlə ailə bağlarının olması “dəyişiklik” mesajına kölgə sala bilər. Yeni hökumətin hüququn aliliyini və ədalətə inamı gücləndirmək istədiyini deyən hüquqşünas, şəxsi ambisiyalarını kənara qoyduğunu vurğulayıb.

Baş nazir Peter Magyar isə qərara hörmətlə yanaşdığını bildirib. O, qohumunun bu vəzifə üçün uyğun namizəd olduğunu desə də, geri çəkilməsini “vətənpərvər addım” kimi qiymətləndirib. Magyar yaxın günlərdə ədliyyə naziri postuna yeni namizədin adını açıqlayacağını deyib/.Metbuat.az 

Bizə qoşulun