Mayın 9-da Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 110/35/6 kV-luq yarımstansiyada təmir-təftiş işləri aparılacaq.
Medianews.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, yenidənqurma işi ilə əlaqədar saat 01:00-dan 04:00-dək Binəqədi kəndi və ətrafında yerləşən yeni yaşayış massivləri, Biləcəri qəsəbəsi Məmədoğlular, M. Aslanov, 10 May küçələri, eləcə də DSK yolu adlanan ərazinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.