ABŞ prezidenti Donald Tramp 8 may 2026-cı il tarixinin ölkədə İkinci Dünya Müharibəsində Qələbə Günü kimi qeyd olunması barədə bəyanat yayıb.
Medianews.az Musavat.com-a istinadla xəbər verir ki, Ağ Ev tərəfindən yayımlanan rəsmi sənəddə bu tarixin azadlıq tarixindəki müstəsna rolu vurğulanıb.
Prezidentin bəyanatında deyilir: "Biz Amerikanın Avropada zülm və şər üzərindəki möhtəşəm qələbəsini qeyd edirik. Bu qələbə silahlı qüvvələrimizin və müttəfiqlərimizin gücü sayəsində əldə edildi. 8 may 1945-ci ildə Nasist Almaniyasının dəmir dayağı yıxıldı və qələbə xəbəri böyük millətimizə və dünyaya yayıldı. Azadlıq tarixində həlledici bir dönüş nöqtəsi oldu".
Sənəddə həmçinin qeyd olunur ki, bu zəfər gələcək nəsillər üçün demokratiya və sülhün qorunmasında mühüm bir irs rolunu oynayır.