İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilmək üçün namizədlərin sənəd qəbulu başa çatıb.
Medianews.az xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.
Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə aşağıda adları sadalanan 11 nəfər iddiaçı sənədlərini Audiovizual Şuraya təqdim edib:
Əhmədov Ayxan Əbdül Kərim oğlu
Əzimov Tural Qürbət oğlu
Məmmədzadə Tural Sahib oğlu
Qulamov Arzu Aydın oğlu
Baxşıyeva İlhamə Rafiq qızı
Məmmədov Fikrət Alı oğlu
Qasımov Balakişi Ələkbər oğlu
Şahsuvarov Taleh Novruz oğlu
Nağıyev Anar Əlişah oğlu
Əliyeva İlahə Xudu qızı
Cəfərov Əli Sucəddin oğlu
Bildirilib ki, “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlərin sənədləri Audiovizual Şura tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim olunacaq.
“İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Yayım Şurasının iclasında səsvermə yolu ilə seçilir”. – deyə əlavə edilib.
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçkisi bu ilin may ayının sonunda keçiriləcək.
Xatırladaq ki, İTV-nin baş direktoru Balakişi Qasımovdur.