Medianews.az
“Başda duman” hissi:
42 baxış

“Başda duman” hissi: səbəb 4 zərərli vərdişdədir

“Başda duman” tibbi diaqnoz olmasa da, unutqanlıq, zehni yorğunluq və diqqəti toplamaqda çətinlik kimi simptomları təsvir etmək üçün istifadə olunur.

Medianews.az xəbər verir ki, “RealSimple” portalına danışan psixi sağlamlıq mütəxəssisləri bu vəziyyətin yaranmasına səbəb olan dörd əsas zərərli vərdişi açıqlayıblar.

Pis yuxu vərdişləri – Xroniki yuxusuzluq və keyfiyyətsiz yuxu diqqəti, yaddaşı və qərarvermə qabiliyyətini zəiflədir. Araşdırmalar yuxu çatışmazlığının həm psixoloji, həm də fiziki sağlamlığa ciddi təsir etdiyini göstərir.

Çoxlu işlə məşğul olmaq – Daim mesajlar, sosial şəbəkələr və tapşırıqlar arasında keçid etmək beyni daha da yorur, yaddaşı zəiflədir və diqqəti dağınıq edir.

Stresslə mübarizə apara bilməmək – Uzunmüddətli stress yaddaşı və zehni çevikliyi azaldır. Nəticədə insan tez-tez diqqətini toplamaqda çətinlik çəkir.

Orqanizmin əsas ehtiyaclarını görməməzlikdən gəlmək – Su içməmək, hərəkətsiz həyat tərzi və istirahətin olmaması da “başda duman” hissini gücləndirir. Araşdırmalar göstərir ki, az hərəkət edən yaşlı insanlarda yaddaş üçün vacib beyin bölgəsinin qalınlığı azalır.

Mütəxəssislər bildirirlər ki, bu vərdişlərdən uzaq durmaq zehni aydınlığı qorumaq və yaddaşı gücləndirmək üçün vacibdir.

Medianews.az

 

 

Bizə qoşulun